İsraildən çağırış: BU ƏRAZİNİ TƏRK EDİN!

İsrail ordusu Livanın cənubunda əməliyyatları davam etdirir.

Referans Media xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Avixay Edri X hesabında paylaşım edib.

O, ölkənin cənubundakı Sucid kəndinə zərbə endiriləcəyini bildirib.

Sözçü bölgə sakinlərinə təxliyə çağırışı edərək, əhalidən Zəhrani çayının şimalına çəkilmələrini istəyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki