Keçmiş gözəllik kraliçasının meyiti tapıldıbackend

Keçmiş gözəllik kraliçasının meyiti tapıldı

  Filippində keçmiş gözəllik kraliçası Akvena Arradazanın meyiti tapılıb.

Referans  xəbər verir ki, 35 yaşlı üç uşaq anası marketdə alış-veriş etdiyi zaman üç silahlı şəxs tərəfindən zorla maşına mindirilərək naməlum istiqamətə aparılıb.

Hadisə anı ərazidəki müşahidə kameralarına da düşüb. Kadrlarda maşının yol kənarında dayandığı, daha sonra bir neçə nəfərin sürətlə düşərək Arradazanı zorla avtomobilə mindirdiyi görünür.

Məlumta görə, onun meyiti iki kisəyə bağlanmış vəziyyətdə olub.

Polis hücumun “planlı və hədəfli” bir cinayət olduğunu bildirib və şübhəlilərin axtarışının davam etdiyini açıqlayıb.

 
Hadisənin motivi hələlik məlum deyil.(Globalinfo.az)  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki