Kəlbəcərdə itkin düşən şəxsin nəşi tapıldı

1993-cu ildə Kəlbəcər rayonundan itkin düşmüş Bahadur Məhəmməd oğlu Kamalovun nəşi tapılıb.

Referans Media xəbər verir ki, yaxın günlərdə mərhumun nəşi ailəsinə təhvil veriləcək.

Bahadur Kamalovun oğlu Oqtay Kamalov Teleqraf-a açıqlamasında faktı təsdiqləyib.

O bildirib ki, atasının nəşi Kəlbəcərdə dəfn olunacaq.

Qeyd edək ki, Bahadur Kamalov 19 yanvar 1937-ci ildə Kəlbəcər rayonunda anadan olub və Zar kənd sovetinin sədri vəzifəsində çalışıb. 1993-cü il aprelin 5-də erməni silahlı qüvvələrinin Kəlbəcər rayonunu işğal etməsi zamanı itkin düşüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki