"Kəpəz"in futbolçusu Moldova yığmasına dəvət alıb

"Kəpəz"in yarımmüdafiəçisi Viktor Stina Moldova milli komandasına dəvət alıb.

Klubdan Referans Media-ya bildirilib ki, o, UEFA Millətlər Liqasının oyunlarında iştirak etmək üçün noyabrın 9-17-də yığmanın düşərgəsində olmalıdır.

Moldova seçməsi noyabrın 13-də doğma publika önündə Qazaxıstanı qəbul edəcək. Bundan 3 gün sonra isə səfərdə Farer adalarına qarşı oyun keçiriləcək.

UEFA Millətlər Liqasının "C" divizionunda mübarizə aparan Moldova milli komandası hazırda 4 xalla qrupda 3-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, Viktor Stina yığmada keçirdiyi 34 oyunda 4 qol vurub.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki