Messi altı dünya çempionatında oynayan ilk futbolçu olub

Argentina millisinin hücumçusu Lionel Messi futbol üzrə dünya çempionatlarında yeni rekorda imza atıb.

38 yaşlı futbolçu DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Əlcəzairə qarşı keçirilən oyunda meydana çıxmaqla mundiallarda 6 dəfə iştirak edən ilk oyunçu olub.

Messi meydana çıxması ilə dünya çempionatları tarixində keçirdiyi oyunların sayını da 27-yə çatdıraraq rekordu yeniləyib. Hələ karyerasını davam etdirən futbolçular arasında bu göstəricidə ona ən yaxın olan Kriştianu Ronaldu 22 oyunla ikinci yerdə qərarlaşıb.

Qeyd edək ki, Lionel Messi hazırda ABŞ-nin "İnter Mayami" klubunda çıxış edir. O, Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionu olub, 2014-cü ildə isə gümüş medal qazanıb. Messi karyerasında 8 qat "Qızıl top"un sahibdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki