Argentina millisi DÇ-2026-nın ilk turunda Əlcəzair yığmasını darmadağın edib (3:0). Qarşılaşmada qolların hər üçünü Lionel Messi vurub.
Referans Media xəbər verir ki, matçın 17-ci dəqiqəsində vurduğu ilk qoldan sonra argentinalı ulduz göz yaşlarını saxlaya bilməyib və onları forması ilə silməyə başlayıb.
Oyundan sonra Messi bu emosional anların səbəbini açıqlayıb.
Lionel Messi göz yaşlarının idmanla bağlı olmadığını vurğulayıb:
"Göz yaşlarımın futbolla heç bir əlaqəsi yoxdur. Son bir neçə günü olduqca çətin keçirdim".
O, üzləşdiyi problemin öhdəsindən gəlməkdə komanda yoldaşlarının rolunu xüsusi qeyd edib:
"Milli komandanın bütün heyətinə və tərəfdaşlarıma minnətdaram. Çünki onlar hər zaman mənim yanımda oldular, mənə güc verdilər və bütün bunların öhdəsindən gəlməyimə kömək etdilər".
