Milli komandada böhran! Paraqvay oyunu öncəsi Ərdoğan hərəkətə keçdi

2026 FIFA Dünya Kubokuna Avstraliya üzərində gözlənilməz 0:2 hesablı məğlubiyyətlə başlayan Türkiyə milli komandasında ruh yüksəkliyi aşağı düşsə də, komandaya dəstək mesajı ölkə rəhbərliyindən gəldi.

Referans Media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Gənclər və İdman naziri Osman Aşkın Bak vasitəsilə futbolçulara xüsusi mesaj göndərib. Prezidentin sözləri daha sonra Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu tərəfindən baş məşqçi Vinçenzo Montella və futbolçulara çatdırılıb.

Ərdoğanın komandaya ünvanladığı mesajda belə deyildiyi bildirilib:

“Başınızı aşağı salmayın, ruhdan düşməyin. Yaxşı mübarizə apardınız. İnşallah növbəti oyunları qazanaraq yolumuza davam edəcəyik”.

Məlumatlara görə, bu mesaj məğlubiyyətdən sonra düşərgədə yaranmış gərgin atmosferin yumşalmasına təsir edib.

Bu arada milli komandanın qapıçısı Uğurcan Çakır və müdafiəçisi Samet Akaydın komanda daxilində problem yaşandığı barədə yayılan iddialara da münasibət bildiriblər.

Samet Akaydın yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini deyərək, komandanın uzun müddətdir birlikdə olduğunu və münasibətlərin yaxşı səviyyədə qaldığını bildirib.

Uğurcan Çakır isə Avstraliya oyununu geridə qoyduqlarını vurğulayaraq, qarşıdakı Paraqvay matçının onlar üçün dönüş nöqtəsi ola biləcəyini qeyd edib:

“İlk oyunu unutduq. Qarşıda bizim üçün final xarakterli iki oyun var. Qələbə qazanaraq ölkəmizi sevindirmək istəyirik”.

Türkiyə millisi indi bütün diqqətini Paraqvayla keçiriləcək vacib qarşılaşmaya yönəldib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki