Millimizin seçmə mərhələdəki rəqibləri bəlli oldu

Futzal üzrə 2027-ci il U-19 Avropa çempionatının əsas seçmə mərhələsinin püşkü atılıb.

Azərbaycan Futzal Federasiyasından Referans Media-ya verilən məlumata görə, milli komandamız 7-ci qrupda Ukrayna, Xorvatiya və Yunanıstanla mübarizə aparacaq.

Bu qrupun oyunları gələn il martın 30-dan aprelin 4-dək Xorvatiyada keçiriləcək. Yalnız qrup qalibləri Qazaxıstanda təşkil olunacaq final mərhələsinə vəsiqə qazanacaq./globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki