Ozan Akbabanın doğulduğu ev - FOTO

Son dövrlərin məşhur aktyorlarından olan Ozan Akbaba 1982-ci ildə dünyaya gəldiyi evi ziyarət edib.

Referans Media xəbər verir ki, əslən Qarsdan olan aktyor 25 ildən sonra doğulduğu evə gedərək duyğularını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Akbaba paylaşdığı fotoya qeyd yazıb:

"25 il sonra, doğulduğum evdə... Havası, küləyi, səsi eynidir. Arxa bağçasındakı otlar, çiçəklər eynidir, qoxuları da dəyişməyib. Qəribə hissdir. Böyümüşəm, çox şey görmüşəm, çox fırtınalar yaşamışam, qorxular, kədərlər, sevinclər keçirmişəm, yaşlanmışam. Amma çiçəklərin üzərinə düşən kölgəm yenə də eynidir. Düşünürəm ki, mən çox dəyişsəm də, çiçəklər heç dəyişməyib. Yaxşı ki, dəyişməyiblər... Özümü şanslı hiss edirəm".

Aktyorun bu paylaşımı qısa zamanda sosial şəbəkələrdə maraqla qarşılanıb və izləyicilər tərəfindən çoxsaylı bəyənmə və şərhlər alıb.

Qeyd edək ki, bir müddət əvvəl müğənni Rafet El Roman da doğulduğu evi nümayiş etdirmişdi./Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki