Paşinyan metorda buklet payladı: Bir nəfər almaqdan imtina etdi - DİALOQ

Hazırda məzuniyyətdə olan və hakim “Vətəndaş Müqaviləsi” Partiyasının proporsional namizədlər siyahısına rəhbərlik edən Ermənistanın Baş naziri Nikol Paşinyan 11 mayda İrəvan metrosunda vərəqələr paylayaraq kampaniya aparıb.

Referans Media  xəbər verir ki, Paşinyanın vərəqə verdiyi təqaüdçülərdən biri vərəqəni götürməkdən imtina edib. Daha sonra Baş nazir onun yanında oturub niyə bu qədər əsəbi olduğunu soruşub. Kişi cavab verib ki, başqa səbəb yoxdur.

Paşinyan cavab verib ki, bunun bir səbəbi var, çünki pensiyalar artıb, təqaüdçülər məcburi universal tibbi sığorta sisteminin faydalanır, məktəblər və uşaq bağçaları tikilir, sülh bərqərar olub, iqtisadiyyat, maaşlar və dövlət xərcləri artır.

"Bütün bunlar kiçilən bir vətənə dəyməz, elə deyilmi?",- kişi cavab verib.

"Bütün bunlar bir vətənə dəyər, o vətən kiçilmir. Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğu kimi qalır. Delimitasiya nəticəsində bütün problemli ərazilər həll olunacaq", - deyə Paşinyan cavab verib.

Kişi daha sonra Paşinyanla uzun müddətdir bir-birilərini tanıdıqlarını deyib. Bundan sonra Ermənistanın Baş naziri kişinin üzünün tanış olduğunu təsdiqləyib.

Kişi bildirdi ki, onların ortaq tanışları Aleksandr Arzumanyandır və iddia edib ki, o, Paşinyana təlim keçib.

"O, mənə heç nə öyrətməyib. Mən universitetdə, sonra isə işlədiyim müddətdə oxumuşam. O, hazırda Ermənistanın Polşadakı fövqəladə və səlahiyyətli səfiridir", - deyən Paşinyan kişidən uzaqlaşıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki