backend

Paşinyandan SƏRT ÇIXIŞ: “Bu, yolverilməzdir”

Ermənistanda adi kilsələrdə artıq uzun müddətdir ki, mənəvi mövzularla bağlı moizələr səsləndirilmir, halbuki liturgiyanın qaydalarına əsasən, mərasimi icra edən keşiş onun müəyyən hissəsində moizə ilə çıxış etməlidir.

Referans Media  xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində paylaşdığı videomaterialda bildirib.

“Onlar siyasi mətnlər yazır, göndərir və deyirlər oxu. Kilsəni siyasi partiyaya çeviriblər, bu da tamamilə qəbuledilməz və yolverilməzdir. Mən həmin günün epizodundan xəbərsiz idim, sonra mənə göstərdilər ki, kilsənin indiki rəhbəri hava limanında çıxıb soruşur: bəs xalq hanı? Xalq isə yoxdur. Xalq yoxdur, çünki o, xalqla birlikdə olmayıb, çünki insanları kilsədən uzaqlaşdırıb”, – deyə Paşinyan qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki