ABŞ İrana qarşı ən azı 100 gün davam edəcək hərbi əməliyyata hazırlıqlara başlayıb.
Referans Media xəbər verir ki, bu barədə “Politico” Pentaqonun daxili sənədinə istinadən məlumat yayıb.
ABŞ Ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) Pentaqondan “ən azı 100 gün və çox güman ki, sentyabr ayına qədər İrana qarşı əməliyyatları dəstəkləmək” üçün agentliyin qərargahına hərbi kəşfiyyat zabitləri göndərməsini istədiyi bildirilir.
Qəzet yazır ki, bu tələb ABŞ prezidenti Donald Tramp administrasiyasının münaqişənin nəticələrinə hazır olmadığını və İranla müharibənin Amerika liderinin planlaşdırdığı dörd həftədən xeyli uzun çəkə biləcəyini göstərir.
