image-polis-emeliyyatbackend

Polisdən əməliyyat- Çox sayda SİLAH AŞKARLANDI

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Referans Media  xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Dekabrın 27-də və 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 3 tapança, 3 qumbara, 12 tüfəng, 9 patron darağı və 237 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki