"Qalatasarayda İkardi böhranı: Qərar bu həftə verilir

"Qalatasaray" yeni mövsüm öncəsi hücum xəttinin taleyini müəyyən edəcək vacib qərar ərəfəsindədir. Klub rəhbərliyi komandanın əsas futbolçularından biri olan Mauro İkardi ilə bağlı yekun qərarı gözləyir.

Referans Media xəbər verir ki, Mauro İkardi üçün "Qalatasaray" rəhbərliyi 1+1 illik müqavilə və illik 4 milyon avro maaş təklif edib. Sarı-qırmızılı klub futbolçudan bu həftə ərzində yekun qərarını bildirməsini istəyir.

33 yaşlı hücumçunun hələlik təklifə cavab vermədiyi, qərar mərhələsində olduğu bildirilir. Klub rəhbərliyi isə qeyri-müəyyənliyin uzanmasını istəmir və transfer planlamasını bu qərara uyğun formalaşdırmağı hədəfləyir.

Məlumatlara görə, tərəflər arasında razılıq əldə olunmazsa, İkardinin "Qalatasaray" karyerasının sona çatması ehtimalı da gündəmdədir.

Eyni zamanda, Viktor Osimhen ilə bağlı davam edən qeyri-müəyyənlik də klubun hücum planlamasına təsir edir. Rəhbərlik hər iki futbolçu məsələsini qısa müddətdə həll etməyi prioritet hesab edir.

Beləliklə, "Qalatasaray" üçün qarşıdakı günlər hücum xəttinin gələcəyini müəyyən edəcək kritik mərhələ kimi qiymətləndirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki