“Real Madrid” Bernardo Silvaya rəsmi təklif göndərdi

İspaniya təmsilçilərindən “Real Madrid” Bernardo Silvanı transfer etmək üçün hərəkətə keçib.

Referans Media xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Madrid klubu portuqaliyalı yarımmüdafiəçiyə rəsmi təklif göndərib.

Tərəflər arasında danışıqların irəlilədiyi bildirilir. “Real” transferi qısa müddətdə yekunlaşdıraraq “Barselona” və “Atletiko”nu qabaqlamaq istəyir.

Məlumata görə, Joze Mourinyo Bernardo Silvanın transferində israrlıdır. Portuqaliyalı mütəxəssis təcrübəli futbolçunu komandanın əsas hədəflərindən biri kimi görür.

Qeyd edək ki, Bernardo Silva “Mançester Siti”də çıxış edirdi./Teleqraf 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki