backend

Reis Musaba transferini açıqladı: “Bizə hörmətsizlik etdi”

Samsunsporun baş məşqçisi Thomas Reis, Ziraat Türkiyə Kubokunda Eyüpspor üzərində 2:1 hesablı qələbədən sonra Anthony Musaba ilə bağlı açıqlama verib.

Reis bildirib ki, Hollandiya əsilli futbolçu mövsümün ikinci yarısında komandada qalmayacaq:

“Musaba karyerasını başqa klubda davam etdirəcək. Son dövrlər bizə qarşı davranışı dəyişmişdi. Heyətə düşmək və məşqlərə çıxmaq istəmədiyini dedi. Bu münasibət məndə məyusluq yaratdı. Bizə hörmətsizlik etdi və son həftələr performansını bilərəkdən aşağı səviyyədə saxladı.”

Musabanın adı son günlər “Fənərbaxça”ya transfer iddiaları ilə gündəmdədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki