“Niyə uzun illər Rusiyada yaşayan Rəqsanə İsmayılova məhz Azərbaycana qayıtdıqdan sonra saxlanılıb? Səbəb budur ki, onun barəsində cinayət işi Azərbaycanda açılıb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.
Referans xəbər verir ki, bu sözləri “Yeni Sabah”a hüquqşünas Ayxan Məmmədli deyib.
O bildirib ki, şikayətdən sonra Rəqsanə İsmayılova ölkə xaricində olsaydı, Azərbaycan tərəfi beynəlxalq axtarış elan etməli idi.
“Müğənni Rəqsanə İsmayılovanın həbsi ilə bağlı bir sıra hüquqi məqamları qeyd etmək vacibdir. İlk növbədə sual yaranır ki, niyə uzun illər Rusiyada yaşayan İsmayılova məhz Azərbaycana qayıtdıqdan sonra saxlanılıb?
Səbəb budur ki, onun barəsində cinayət işi Azərbaycanda açılıb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu halda təqsirləndirilən şəxs ölkə ərazisinə daxil olan kimi hüquq-mühafizə orqanları hərəkətə keçir.
Əgər həmin şəxs xaricdə olsaydı, Azərbaycan tərəfi beynəlxalq axtarış elan etməli, saxlanılma isə həmin ölkənin hüquq-mühafizə orqanları vasitəsilə həyata keçirilməli idi.
