Rusiya Ermənistanla iqtisadi münasibətlərin gələcəyi ilə bağlı narahatlıq ifadə edib.

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Ermənistanın Avropa İttifaqına yönələn addımları Moskva üçün suallar yaradır. Onun sözlərinə görə, bu vəziyyət iki ölkə arasında iqtisadi əlaqələrin gələcəkdə fərqli formada qurulmasına səbəb ola bilər.

Overçuk qeyd edib ki, Rusiya şirkətləri artıq Ermənistana investisiya yatırmaqda daha ehtiyatlı davranır. O, həmçinin 2025-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə 5,1 milyard dollar azaldığını açıqlayıb.

Rusiya rəsmisi Ermənistanın Avropa ilə əməkdaşlıq çərçivəsində enerji layihələrində də qərarlarını tənqid edib və bunun risklər yarada biləcəyini vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki