Səudiyyə Ərəbistanında mövsümün ən yaxşı oyunçusu müəyyənləşib.
Referans Media xəbər verir ki, "Əl-Nəsr"in hücumçusu Joau Feliks bu mükafata layiq görülüb.
Məlumatı çempionatın mətbuat xidməti yayıb.
26 yaşlı portuqaliyalı bu mövsüm Pro Liqada 33 oyun keçirib, 20 qol vurub və 10 məhsuldar ötürmə edib.
"Əl-Nəsr" nın 86 xal toplayaraq bu mövsüm ölkə çempionu olub. "Əl-Hilal" 2 xal az toplayaraq ikinci yerdə qərarlaşıb./fanat.az
