Türkiyənin Mersin şəhərinin Erdemli rayonunda şagirdləri daşıyan avtobus yük maşını ilə toqquşub.
Referans xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb. Ölənlərdən biri azyaşlıdır. Yaralılar təcili tibbi yardım maşını ilə yerli xəstəxanalara çatdırılıb.
İlkin məlumata görə, hadisəyə səbəb avtobus sürücüsü Mehmet Zemin A.-nın sükan arxasında yuxulaması olub. /publika.az
