TƏCİLİ! Rusiyaya DƏHŞƏTLİ hücumlar davam edir

Rusiyaya PUA hücumları davam edir.

Bu hücum bir neçə istiqamətdə davam edib.

Referans xəbər verir  ki,Sevastopol qubernatoru Mixail Razvojayev Telegram-da bildirib ki, Sevastopolun hava hücumundan müdafiə qüvvələri Ukraynanın pilotsuz təyyarələrinin hücumunu dəf edir.

“Sahildən xeyli məsafədə dəniz üzərində üç PUA vurulub”, – deyə rəsmi bildirib.

O, şəhərdəki heç bir mülki obyektə zərər dəymədiyini qeyd edib və yerli sakinləri sakit qalmağa və təhlükəsiz ərazilərdə qalmağa çağırıb.

Yarım saatdan az bir müddət əvvəl mer Sevastopolda hava hücumu xəbərdarlığı elan edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki