“Turan Tovuz” avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ

"Turan Tovuz" futbol klubu 2026/2027-ci il UEFA Konfrans Liqasında iştirak etməyəcək.

Referans Media  xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İdman Arbitraj Məhkəməsi (CAS) klubun müraciəti ilə bağlı qərarını açıqlayıb. 

Qurum UEFA-nın Apellyasiya Orqanının iyunun 2-də klubla bağlı qəbul etdiyi qərarı qüvvədə saxlayıb.

"15 iyun tarixində verilən qərara əsasən bütün idman prinsiplərinə riayət edərək vəsiqə qazandığımız UEFA Konfrans Liqasının 2026/2027-cı illər mövsümündə iştirak etməyəcəyik" , - məlumatda qeyd edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki