Vernidub onu “Neftçi”də gözümçıxdıya salıb? - Nə baş verir?

“Neftçi”nin yetirməsi Murad Məmmədov yəqin ki, həyatının sonuna qədər Yuri Vernidubun özünə qarşı yaxşılığını unutmayacaq.

Ukraynalı çalışdırıcı komandanın “sükanı” arxasına keçən kimi U-21 millimizin üzvünə güvəndi.

Əbu-Dabi toplanışındakı yoldaşlıq görüşlərində şans verdi, çempionatda güvəndi və nəticədə Murad “Pafos” rəsmilərinin diqqətini çəkdi.

Gənc cinah müdafiəçisi yeni mövsümdə legioner həyatı yaşayacaq. Ağ-qara formada son günlərini keçirdiyi gün kimi aydındır.

Di gəl, Vernidub ona son oyunlarda güvənmir. Güvənməmək bir tərəfə, ümumiyyətlə, adının iştirak ərizəsinə salınmasını belə istəmir.

Sanki baş məşqçi Kiprdə oynamağı “Neftçi”də qalmaqdan üstün tutan futbolçunu bu yolla cəzalandırmaq fikrinə düşüb.

Hər halda kənardan belə görünür. Yoxsa, zədəsi olmayan biri niyə “23-lük”dən kənarda qalsın, gözümçıxdıya salınsın?

Maraqlandıq və məlum oldu ki, yaranmış vəziyyət hər iki tərəfin ürəyincədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki