Vətən müharibəsi veteranı avtoqəzada həlak oldu

Vətən müharibəsinin iştirakçısı yol qəzasında həlak olub.

Referans Media NOCOMMENT.az-a istinadən xəbər verir ki, bu barədə mərhumun dostları sosial şəbəkədə bildiriblər.

Kəlbəcər rayonunun Mərcimək kənd sakini, Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüsü olmuş Ramin Nurəddin oğlu İsayev 19 mart 2026-cı il tarixdə avtoqəza zamanı dünyasını dəyişib.

Ramin İsayev Şuşanın işğaldan azad olunmasında iştirak edib.

Allah rəhmət eləsin!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki