21 yaşlı oğlan faciəvi şəkildə öldü

Şəmkirdə 21 yaşlı oğlan dəm qazından zəhərlənərək ölüb.

Referans Media  xəbər verir ki, 2005-ci il təvəllüdlü, Təzəkənd kənd sakini Ruhlan Etibar oğlu Məmmədov yataq otağında quraşdırılmış qazla işləyən “Ceyran” tipli sobanın borusundan çıxan dəm qazından zəhərlənərək ölüb.

Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki