26 milyon avro təklif etdilər, rədd etdi – "Fənərbaxça"nın sabiq ulduzu hamını ŞOKA SALDI

"Fənərbaxça"nın sabiq futbolçusu Allan Saint-Maximin bu dəfə meydandakı çıxışı ilə deyil, verdiyi milyonluq qərarla gündəmə gəlib.

Referans Media xəbər verir ki, hazırda ABŞ-ın “Şarlott” klubunda çıxış edən 29 yaşlı fransalı futbolçu özünün yaratdığı “Helios” adlı kart oyununun satılması üçün edilən 26 milyon avroluq təklifi rədd edib.

“The Athletic” nəşrinin məlumatına görə, Yunan mifologiyasından ilhamlanaraq hazırlanan və pulsuz təqdim edilən oyunu satın almaq istəyən şirkət futbolçuya bu məbləği təklif edib. Lakin Saint-Maximin layihəni özü inkişaf etdirmək qərarına gəlib.

Futbolçu təklifdən imtinasının səbəbini belə izah edib: “Bu layihə qətiyyən pul məsələsi deyil. Əsas məqsəd sıfırdan nəsə yaratmaq və insanlara yeni imkanlar təqdim etməkdir”.

Qeyd edək ki, Saint-Maximin iyul ayında “Şarlott” klubuna transfer olunub. O, cari MLS mövsümündə keçirdiyi 15 oyunda 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki