Türkiyə millisinin ulduzundan sevindirici xəbər: Kenan Yıldız yaşıl meydanlara qayıdır

İtaliyanın “Yuventus” klubunda çıxış edən Türkiyə millisinin futbolçusu Kenan Yıldızla bağlı sevindirici xəbər yayılıb. Uzun müddətdir zədə səbəbindən yaşıl meydanlardan kənarda qalan 21 yaşlı futbolçunun müalicə prosesində son mərhələyə çatdığı bildirilir.

Referans Media xəbər verir ki, avqust ayında sol ayağının daban nahiyəsindəki sınıq səbəbindən əməliyyat olunan Kenan Yıldız uzun müddət reabilitasiya keçib. Gənc futbolçunun bərpa prosesi artıq yekunlaşmaq üzrədir.

“Tuttosport” nəşrinin məlumatına görə, fiziki testləri uğurla başa vuran Kenan Yıldız “Yuventus”un tibbi heyətindən yekun razılıq alıb. Müalicə prosesinin müsbət nəticələnməsi futbolçunun gələn ay meydana qayıtmasına ümidləri artırıb.

Gənc futbolçunun dekabrın 14-də “Monza”ya qarşı keçiriləcək oyunda heyətə qayıtması hədəflənir. Bununla yanaşı, bərpa prosesi gözləniləndən daha sürətli gedərsə, Kenan Yıldızın daha erkən – “Udineze” ilə çempionat matçında və ya Avropa Liqasında “Hapoel Beer-Şeva” ilə görüşdə meydana çıxması da mümkündür.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki