Dayandıran yoxdur: “Bornmut” Avropada fırtına kimi əsir - 7 oyundur məğlubiyyət nədir bilmirlər

UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunda İngiltərənin “Bornmut” klubu səfərdə Çexiyanın “Sparta Praqa” komandasını 3:1 hesabı ilə məğlub edib.

Referans Media xəbər verir ki, “Epet ARENA”da keçirilən qarşılaşmada qonaqlar ardıcıl yeddinci rəsmi qələbələrini qazanıblar.

“SPARTA PRAQA” ÖNƏ KEÇDİ, SONRA QIRMIZI KART GÖRDÜ

Görüşə fəal başlayan “Bornmut” 30-cu dəqiqədə Lyuis Kukun penalti zərbəsindən yararlana bilməyib. Ev sahibi komanda isə 35-ci dəqiqədə Ebrima Sinqatenin qolu ilə hesabı açıb.

Lakin cəmi iki dəqiqə sonra Tobias Quddal qırmızı vərəqə alaraq meydandan qovulub və “Sparta Praqa” matçın qalan hissəsini azlıqda davam etdirməli olub.

“BORNMUT”DAN MÖHTƏŞƏM GERİ DÖNÜŞ

İkinci hissədə üstünlüyü ələ alan İngiltərə təmsilçisi 57-ci dəqiqədə Tayler Adamsın qolu ilə hesabı bərabərləşdirib.

81-ci dəqiqədə Evanilson komandasını önə keçirib. Qarşılaşmanın 90-cı dəqiqəsində isə Rayan fərqlənərək yekun hesabı müəyyənləşdirib – 3:1.

ARD-ARDA 7 QƏLƏBƏ!

Beləliklə, “Bornmut” bütün turnirlərdə ardıcıl yeddinci qələbəsini qazanıb. İngiltərə klubu bu müddətdə “Şturm Qrats”, “Sanderlend”, “Milan”, “Mançester Yunayted”, “Aston Villa”, “Lids” və son olaraq “Sparta Praqa”nı məğlub edib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki