backend

35 yaşlı kişi elektrik dirəyinə çıxdı, iki rayon işıqsız qaldı

Quba və Qusar rayonlarının yarısı işıqsız qalıb. Bunun səbəbi 35 yaşlı kişinin 35 kilovoltluq elektrik dirəyinə çıxması olub.

Referans Media “Bizim.Media”ya istinadla xəbər verir ki, hadisə nəticəsində Qubadan Qusara enerji verən “Quba-1” xəttində enerji təminatı dayandırılıb.

Hazırda polis və digər aidiyyəti qurumlar şəxslə danışıq apararaq onu yerə düşürməyə çalışırlar.

35 yaşlı kişinin elektrik dirəyinə çıxma səbəbi hələlik məlum deyil.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki