ABŞ-ın bölgədəki bazaları qanuni hədəflərimizdir - Əraqçi

“40 gün ərzində nüvə silahları ilə təchiz olunmuş dünyanın ən böyük gücünə qarşı dayanmaq zarafat deyil və dünya İran xalqının əsl gücünü görüb”.

Referans Media xəbər verir ki, bunu “İRİB” agentliyinə açıqlamasında İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

İranlı nazir digər region ölkələrinə də xəbərdarlıq edib.

“Biz region dövlətlərinə xəbərdarlıq etdik ki, İrana qarşı hər hansı təcavüz üçün istifadə olunan ABŞ hərbi bazaları legitim hədəflər hesab olunur”, - deyə Əraqçi qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki