ABŞ mediası, 13 mart Cümə günü ABŞ-ın İsraildəki Səfirliyi tərəfindən yayılmış diplomatik yazışmanı açıqlayıb. Yazışmada İsrailin Tehran hökumətinin “sınmadığı” və “sonuna qədər savaşmağa hazır olduğu” qiymətləndirməsi yer alıb.
Referans Media xəbər verir ki, diplomatik sənəddə qeyd olunub ki, keçmiş İran lideri Əli Xamenei hücumlarda həlak olsa da, ABŞ və İsrailin İran əleyhinə əməliyyatlarına baxmayaraq Tehran hökuməti hələ də mövqeyini qoruyur və mübarizəni davam etdirməyə hazırdır.
Yazışmada İsrailli rəsmilərin İran daxilində üsyan çıxacağını ümid etdikləri və belə bir hal baş verərsə, ABŞ-ın etirazçılara dəstək verməyə hazır olduğunu vurğuladığı bildirilib.
Həmçinin, əgər etirazçılar küçələrə çıxarsa, onların qətlə yetirilə biləcəyi iddia edilib. Bunun səbəbi İran İnqilab Keşikçiləri Ordusunun “üstünlüyü əlində saxlaması” ilə izah olunub.
Sənəd, 11-12 mart tarixlərində ABŞ rəsmiləri ilə İsrailin Milli Təhlükəsizlik Şurası, Müdafiə və Xarici İşlər Nazirliyi yüksək səviyyəli görüşlərinin yekunlarını əks etdirir.
ABŞ-İsrailin İran hücumları
28 fevralda İsrail və ABŞ, Tehran və Vaşinqton arasında davam edən danışıqlar fonunda İran əleyhinə hərbi əməliyyatlara başlayıb. İran isə İsrailin eləcə də ABŞ-ın Qətər, BƏƏ və Bəhreyn-dəki bazalarını hədəf alan qarşı hücumlar təşkil edib.
ABŞ-İsrail hücumlarında İran lideri Əli Xamenei və bir sıra yüksək səviyyəli rəsmilər həlak olub. İranlı rəsmilərə görə, əməliyyatlarda ölü sayı 1348-ə, yaralı sayı isə 17 mindən çoxdur.
