Ağdamda iki avtomobil “KamAz”a çırpıldı – Yaralılar var

  Ağdamda 2 minik avtomobili “KamAz”​la toqquşub.

Referans “Qafqazinfo”ya istinadla xəbər verir ki, qəza Hindarx-Borsunlu avtomobil yolunun Quzanlıdan keçən hissəsində baş verib.

“VAZ 2106” və “Lada Xəzər” markalı avtomobillər hərəkətdə olarkən daşla yüklənmiş “KamAz”a çırpılıblar. Hadisə nəticəsində 3 nəfər yaralanıb. Onlar Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki