Göygöldə baş vermiş avto-qəzada dörd nəfər xəsarət alıb.
Referans Media Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Qızılca kəndində qeydə alınıb.
İlkin məlumata görə, qəza zamanı 1979-cu il təvəllüdlü İlhamə Hüseynova və onun qızı 2004-cü il təvəllüdlü Xədicə Hüseynova, “VAZ”-ın sürücüsü 2000-ci il təvəllüdlü Əli Əsgərov, həmçinin 2004-cü il təvəllüdlü Eltac Ağacanov xəsarət alıblar.
Yaralılar yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, müalicələri davam edir.
Faktla bağlı araşdırma başlanılıb.
