image-mina1backend

ANAMA əməkdaşı Füzulidə minaya düşərək həlak oldu

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı aprelin 14-də Füzuli rayonunda baş verən mina hadisəsində həlak olub.

Bu barədə Referans Media-ya ANAMA-dan məlumat verilib.

Bildirilib ki, hadisə rayonun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində baș verib.

Agentliyin əməkdaşı 1995-ci il təvəllüdlü Mətili Muğan Rəfayıl oğlu xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə mina partlayışında həlak olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki