Astarada gəlin qaynanasını bıçaqla qətlə yetirdibackend

Astarada gəlin qaynanasını bıçaqla qətlə yetirdi

  Astara rayonunda qadın qətlə yetirilib.

Referans xəbər verir ki,  rayonun 55 yaşlı Kakalos kənd sakini Xalidə Paşa qızı Manafova kəsilmiş-deşilmiş xəsarətlərlə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

X.Manafovanı bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən gəlini 2004-cü il təvəllüdlü Rufanə İmanova saxlanılıb.

Hadisənin hansı səbəbdən və hansı şəraitdə baş verməsi hələlik dəqiqləşməyib.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki