Astrologiyada “Merkür Cazimi” Merkür planetinin Günəşlə tam hizalanaraq onun “qəlbində” yerləşməsi mənasını verir. Bu zaman Merkürün enerjisinin gücləndiyi, zehni aydınlıq, intuisiya və ünsiyyət qabiliyyətinin artdığına inanılır.
Astroloqlara görə, bu xüsusi göy hadisəsi zamanı insanlarda ani ilham, düşüncələrin daha aydın olması və vacib qərarların verilməsi üçün uyğun enerji yaranır. Həmçinin mühüm xəbərlər, yeni imkanlar və uğurlu iş görüşmələri üçün əlverişli dövr hesab olunur.
Bildirilir ki, Merkür Cazimi 14 may 2026-cı il saat 17:09-17:30 aralığında baş verəcək. Təsir müddətinin isə hadisədən təxminən 2 saat əvvəl və sonra davam etdiyi qeyd olunur.
Astrologiyada bu saatlarda niyyət yazmaq, meditasiya etmək, dua etmək, mühüm planlar qurmaq və ağıla gələn ideyaları qeyd etmək tövsiyə edilir.
