Cüzi iqtisadi artım fonunda Vergi Xidmətinin proqnozdan çox vəsait yığması və büdcədə 4 milyard manat profisit yaranması hansı amillərlə izah oluna bilər?
Referans xəbər verir ki, Globalinfo.az-a danışan REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib ki, iqtisadi artım zəiflədiyi bir dövrdə vergi daxilolmalarının artması bir sıra məqamlarla izah edilə bilər:
“Bu, ya vergilərin yüksəldilməsin, ya da vergidən yayınmanın azalmasından qaynaqlanır. Əvvəllər xüsusilə ticarət və ictimai iaşə sektorlarında vergidən yayınan müəssisələr indi daha çox vergi ödəyirlər. Yəni vergidən yayınmanın qarşısının alınması daxilolmaları artırıb. Bu mənada vergi yığımının artması bir yandan yaxşı prosesdir. Çünki bu, dövlət büdcəsinin imkanlarını genişləndirir, lakin eyni zamanda biznes üçün əlavə yük yaradır”.
“Vergilər elə səviyyədə müəyyənləşdirilməlidir ki, həm dövlət gəlirləri təmin olunsun, həm də sahibkarlığın inkişafı üçün resurslar qalsın”.
