Bakıda 8-ci mərtəbədən yıxılan oğlan öldü

Bakının Xətai rayonunda faciəvi hadisə baş verib. Referans Media  xəbər verir ki, dünən saat 10 radələrində 1998-ci il təvəllüdlü Elxan Orduxanov yaşadığı Gəncə prospektindəki binanın 8-ci mərtəbəsindəki evin eyvanından yıxılıb. O aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki