image-4965backend

Bakıda dörd avtomobil TOQQUŞDU

Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Referans Media “Yeni Sabah”a istinadla xəbər verir ki, hadisə Nizami və Fikrət Əmirov küçələrinin kəsişməsində qeydə alınıb.

Dörd avtomobilin toqquşması nəticəsində yolda sıxlıq yaranıb.

Xəsarət alanların olmadığı, avtomobillərə ciddi ziyan dəydiyi bildirilib.

Hadisə ilə bağlı aidiyyəti üzrə sorğu ünvanlanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki