image-tc-0backend

Bakıda təcili yardım motosikletlə toqquşdu: ölən var – VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin təcili tibbi yardım briqadası yanvarın 3-də, saat 01:00 radələrində Nəsimi rayonunda çağırışa gedərkən yol-nəqliyyat hadisəsi baş verib.

Referans Media xəbər verir ki, bu barədə APA-ya TƏBİB-dən bildirilib.

“Hadisə nəticəsində təcili tibbi yardım heyətinin 3 üzvü müxtəlif dərəcəli travmalarla Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Təəssüf ki, qəza zamanı motosiklet sürücüsü hadisə yerində həyatını itirib”, məlumatda deyilir.

Qeyd olunub ki, faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki