Bakıda yataqxanada YANĞIN: 3 nəfər tüstüdən zəhərləndi

 Bakının Nərimanov rayonunda yataqxanada yanğın olub.

Bu barədə Referans-a FHN-dən məlumat verilib.

Bildirilib ki, beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində ümumi sahəsi 18 m² olan 1 otaqlı mənzildə ev əşyaları 5 m² sahədə yanıb. Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki