backend

Bakının mərkəzində, məşhur mağazada cinayət – Arvad qaçsa da, əri…

Bakı şəhərinin Səbail rayonunda qadının bıçaqlanması ilə bağlı hadisənin təfərrüatı məlum olub.

Referans Media  qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə dekabrın 2-si saat 16 radələrində Üzeyir Hacıbəyli küçəsində yerləşən mağazalardan birində baş verib.

Bakı sakini, 1992-ci il təvəllüdlü Faxrəddin Sədrəddin oğlu Quliyev mağazaya basqın edərək orada işləyən həyat yoldaşı, Sumqayıt sakini, 1995-ci il təvəllüdlü Leyla Murad qızı Quliyevaya bıçaqla zərbələr endirib.

30 yaşlı qadın qaçmağa çalışsa da, ər ona çataraq kürək nahiyəsinə 8 bıçaq xəsarəti yetirib və öldürməyə cəhd göstərib.

F.Quliyev polis tərəfindən şübhəli şəxs qismində saxlanılıb, L.Quliyeva isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir. Faktla bağlı Cinayət Məcəlləsinin 29.120.1-ci maddəsi (qəsdən adam öldürməyə cəhd) ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki