Baxçalı CHP ilə bağlı çağırış etdi

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Cümhuriyyət Xalq Partiyası (CHP) daxilində yaşanan problemləri doğru hesab etmədiyini bildirib.

Referans Media  Teleqraf-a istinadən xəbər verir ki, o, CHP-də baş verən hadisələrin ölkə demokratiyasına zərər vurduğunu qeyd edib.

“Parçalanmış bir CHP imici formalaşdırılmasına və hətta bunun qanuniləşdirilməsinə çalışıldığının şahidi oluruq”, – Baxçalı deyib.

MHP lideri məsələnin həssaslığını önə çəkərək, aidiyyəti qurumları müvafiq addımlar atmağa çağırıb:

“Ali Məhkəmə mövzunun həssaslığını nəzərə alaraq, ən qısa müddətdə etirazla bağlı qərarını verməlidir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki