Bu səhnə seriala baha başa gəldi: Final tarixi açıqlandı!

“Donuz əti” səhnəsi ilə qəzəbə səbəb olan “Aynı Yağmur Altında” (Eyni Yağış Altında) serialı final qərarı alıb. Sonuncu bölüm 22 Mart Bazar günü yayımlanacaq. 

ATV-nin qalmaqallı serialı “Eyni Yağmur Altında” ictimaiyyətin kəskin etirazına səbəb olan “donuz əti” səhnəsindən sonra final qərarı alıb. Mine Çayıroğlunun Tülin obrazı ilə muhafizəkâr ailəyə təqdim etdiyi qida səhnəsi tamaşaçıları ayağa qaldırmış, sosial mediada geniş müzakirələrə yol açmışdı.

Referans Media xəbər verir ki, ATV-nin “Baba Yapım” tərəfindən istehsal olunan və geniş aktyor heyətinin iştirak etdiyi “Aynı Yağmur Altında” serialı 7-ci bölümü ilə final qərarı alıb.

Jurnalist Birsen Altuntaşın sözlərinə görə, mübahisəyə səbəb olan və gözlənilən marağı almayan “Aynı Yağmur Altında” serialı ekranla vidalaşır.

Baş rollarında Nilsu Berfin Aktaş və Burak Tozkoparanın yer aldığı, Hülya Avşar, Levent Ülgen, Erkan Can və Fikret Kuşkan kimi məşhurların yer aldığı serialın televiziya yayımı bu həftə yayımlanacaq 7-ci bölümü ilə başa çatacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki