Ekranların məşhur simalarından Burak Özçivit bu dəfə aktyorluğu ilə deyil, daşınmaz əmlak investisiyaları ilə gündəmə gəlib.
Referans Media xəbər verir ki, Burak Özçivit İstanbulun Eyüpsultan rayonundan 30 mənzil alaraq portföyünü genişləndirib. Satın alınan mənzillərin ümumi dəyərinin təxminən 150 milyon TL olduğu bildirilir.
Burak Özçivit uzun illər Kuruluş Osman serialında Osman Bəy obrazı ilə tanınsa da, gəlirlərini lüks avtomobillər, xaricdə fan görüşləri və reklam anlaşmaları ilə də artırıb. Son illərdə isə xüsusilə daşınmaz əmlak investisiyalarına fokuslandığı söylənir.
150 milyon TL-lik investisiya xəbəri sosial mediada geniş müzakirə doğurub. Hazırda Burak Özçivit tərəfindən bu iddialara dair rəsmi açıqlama verilməyib.























