backend

Canavar hücumuna məruz qalan şəxslərin SON DURUMU

Şəkinin Bideyiz kəndində canavar hücumuna məruz qalan 5 nəfərin vəziyyəti açıqlanıb.

Referans Media  xəbər verir ki, bu barədə informasiaynı Şəki Rayon Mərkəzi Xəstəxanası yayıb.

Bildirilib ki, dekabrın 21-i saat 22:50 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə canavar dişləməsi səbəbilə 5 nəfər (3 kişi, 2 qadın) hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri orta ağır olan 2 nəfərin müalicəsi müvafiq şöbədə davam etdirilir.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 3 nəfər isə ambulator müalicə üçün evə buraxılıb. (Qafqazinfo.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki