Çin ordusundan ABŞ hərbi gəmisinə sərt müdaxiləbackend

Çin ordusundan ABŞ hərbi gəmisinə sərt müdaxilə

  Çin ordusu ABŞ-ın “Higgins” hərbi gəmisini sərt güc tətbiqi yolu ilə Cənubi Çin dənizindəki mübahisəli Huangyan Atollundan (ingiliscə adı – Scarborough Shoal) uzaqlaşdırıb.

Referans  xəbər verir ki, məlumatı Çinin “Global Times” qəzeti yayıb.

Çin Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsi ABŞ gəmisinin hərəkətini “Çinin suverenliyi və təhlükəsizliyinin ciddi şəkildə pozulması, Cənubi Çin dənizində sülh və sabitliyə zərbə vurmaq” adlandırıb.

Qeyd edək ki, Huangyan Atoll (Scarborough Shoal) Cənubi Çin dənizindəki mübahisəli sularda yerləşir. Həm Çin, həm də Filippin ona iddia edir.(Musavat.com )  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki