Dəm qazı yenə ölümə səbəb oldu

Sumqayıt şəhərində 33 yaşlı kişi dəm qazından boğularaq ölüb.

Referans Media-nın məlumatına görə, hadisə 52-ci məhəllənin Duzlaq küçəsində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.

İlkin məlumata görə, 1993-cü il təvəllüdlü Amil Qarayev hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki