DSX və DİN-dən birgə əməliyyat

Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi birgə narkotik əməliyyatı keçirib.

Bu barədə Referans Media-ya  Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, may ayının 23-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə keçirdiyi kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 38 kiloqram 130 qram narkotik vasitə və 2890 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki