Elşad Abdullayev Putin fonduna bir milyon dollar verib saat aldıbackend

Elşad Abdullayev Putin fonduna bir milyon dollar verib saat aldı

  Fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin (ABU)sabiq rektoru, qatı cinayətkar, Vətən xaini Elşad Abdullayevin

öhdəsindən gələ bilmir. Özünün saxlanılaraq Azərbaycana ekstradisiya edilməsi bir yana dursun, onun xain fəaliyyəti getdikcə

genişlənir. Son günlər dünya ictimayıtinin diqqətini cəlb edən, bunlardan əlavə ölkə və millət adına xələl gətirən Elşad Abdullayev

olayı bir çoxlarına məlumdur. Bu saxta professor bütün imkanlardan istifadə edərək Azərbaycan dövlətinə və dövlətimizin nüfuzlu

şəxslərinə qara yaxmaqla özünü qəhrəman sayır. Keçmiş rektor iyrəncliklərdən kifayətlənmək əvəzinə daha da özünü rəzil duruma

salmaqdan ötrü hər şey edir. Əldə etdiyimiz və şok doğuracaq məlumat ondan ibarətdir ki, millətin üz qarası Elşad Abdullayev

“Putin Fonduna” 1000000 $ ABŞ dolları vəsait keçirmişdir. Bunun müqabilində Rusiya Prezidenti Vladimir Putin E. Abdullayevə öz

təşəkkürünü bildirib və ona saat bağışlayıb. Görünən odur ki, Azərbaycana qarşı heç də xoş olmayan Rusiya münasibətlərində

maraqlı tərəflər lazımı istifadə metodundan yaralanır. Əvvəla, sabiq rektor interpol xətti ilə axtarışdadır və onun həbs edib

Azərbaycana təhvil verilməsi istiqamətində addımlar atılmalıdır.  

Sual yaranır. Əgər doğrudanda ABU-ın sabiq rektoru Beynəlxalq Axtarışdadırsa necə Rusiya və digər ölkələrin səfirliyində sərbəst

hərəkət edir? Suallar kifayət qədər. Amma maraqlı məqam ondan ibarətdir ki, bu sualların cavabını kimin nəzərində tapmaq olar?

Onu da bildirək ki, bu Elşad Abdullayevin Azərbaycana qarşı ilk xain addımı deyil.  Bir neçə il əvvəl Elşad Abdullayev Azərbaycan

Beynəlxalq Universitetinin Moskva filialını ermənilərə 60 milyon dollara satmaq istəmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki